- Baxış sayı: 53
- 29 İyul 2026 15:31
- Baxış sayı: 53
- İyul 29, 2026
- 0

Azərbaycan voleybol federasiyası (AVF) və gənclər və idman nazirliyinin birgə təşkilatçılığı ilə avqustun 4-dən 8-nə qədər çimərlik voleybolu üzrə ölkə çempionatı keçiriləcək.
Allsport.az xəbər verir ki, qadın və kişi komandalar arasında təşkil olunacaq yarışın ilkin mərhələsinin oyunları 4-6 avqustda, final qarşılaşmaları və mükafatlandırma mərasimi isə 8 avqustda baş tutacaq.
Çempionatın bütün oyunları Bakı su idmanı sarayında keçiriləcək.
Ölkə çempionatında 16 qadın və 14 kişi komandası olmaqla, ümumilikdə 30 klub mübarizə aparacaq. Çempionatın qalibi 2026-cı ildə keçiriləcək çimərlik voleybolu üzrə CEV Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.