Ölkə çempionatı öncəsi hakimlər və məşqçilər üçün yığıncaq

Dekabrın 18-20-də Bakı idman sarayında sərbəst və yunan-Roma güləşi üzrə ölkə çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bununla əlaqədar bu gün AGF-in rəhbər şəxslərinin iştirakı ilə əvvəlcə hakimlər, daha sonra isə məşqçilər üçün seminar keçirilib.

Tədbirdə AGF-nin baş katibi Orxan Məmmədov, vitse-prezident Elçin Cəfərov, hakimlər kollegiyasının sədri Qərib Əliyev, I-S dərəcəli hakimimiz Hicran Şərifov, gənclər və idman nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov və yunan-Roma güləşi üzrə millinin baş məşqçisi Şaban Donat iştirak ediblər. 

Tədbirdə referilərdən çəki ölçmə mərasimində maksimum diqqətli, yarış zamanı isə ədalətli olmaq tələb olunub. Hakim və məşqçilərin davranış qaydalarıyla bağlı təlimatlar verilib, nizam-intizama riayət olunmasının vacibliyi diqqətə çatdırılıb. Həmçinin, məşqçilərə dopinq məsələsinə ciddi yanaşmaları bildirilib.

Həmin kateqoriyadan