Ölkə çempionatında dəyişiklik

Azərbaycan voleybol federasiyası (AVF) kişilər arasında ölkə çempionatının əsasnaməsində dəyişiklik edib.

Allsport.az xəbər verir ki, buna “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandalarının çempionatda çıxışlarını dayandırması səbəb olub.

Dəyişikliyə əsasən, yüksək liqasında oyunlar əvvəl nəzərdə tutulduğu kimi 4 deyil, 6 dövrə davam edəcək. Daha sonra pley-off mərhələsi baş tutacaq.

Digər komandalar oyunların sayının artırılması ilə bağlı AVF-yə müraciət ünvanlayıblar. Federasiya klubların müraciətini nəzərə alaraq, Yüksək liqada qarşılaşmaların altı dövrədə keçirilməsini qərara alıb.

Həmin kateqoriyadan