- Baxış sayı: 56
- 13 Avqust 2026 20:08
- Baxış sayı: 566
- Avqust 12, 2026
- 0

Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların başlama vaxtı və keçirilmə yeri dəqiqləşib.
Allsport.az xəbər verir ki, qadın voleybolçuların super liqasında ilk turun 2-ci matçı dekabrın 20-nə təsadüf edəcək. Sabah FHN-in idman-sağlamlıq kompleksində “Mübariz” debüt oyununa çıxacaq. Onların rəqibi “Murov”dur. Görüşün start fiti 15:00-da veriləcək.
Ertəsi gün eyni saatda isə zal yüksək liqa təmsilçilərinin ixtiyarında olacaq. MOİK “Azərreyl”lə münasibətinə aydınlıq gətirəcək.
İlk turda super liqada “Azərreyl” “Abşeron”a 3:1, yüksək liqada “Neftçi” “Murov”a 3:0 hesabı ilə qalib gəlib.