Ölkə çempionatında növbəti turun cədvəli

Voleybol üzrə Azərbaycan yüksək liqasında növbəti oyunların vaxtı dəqiqləşib.

Allsport.az xəbər verir ki, dekabrın 13-də həm qadın, həm də kişi voleybolçular arasında ölkə çempionatlarının oyunları baş tutacaq.

Qadın voleybolçuların mübarizəsində VI tur çərçivəsində “Gəncə” doğma meydanda “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək. Görüş saat 15:00-da start götürəcək.

GİN-nin voleybol mərkəzində “Abşeron” və “Murov Az Terminal” komandaları qarşılaşacaqlar. Saat 16:00-da başlayacaq matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Qadınların mübarizəsində turun daha bir qarşılaşması isə UNEC voleybol klubun idman zalında baş tutacaq. Saat 19:00-da ev sahibləri və “Azərreyl”lə üz-üzə gələcək.

Kişi voleybolçuların Yüksək Liqasında isə bir oyun baş tutacaq. Saat 18:00-da GİN-nin Voleybol Mərkəzində “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandaları üz-üzə gələcək.

Həmin kateqoriyadan