Ölkə çempionatında püşkatma

Bu gün GİN-nin voleybol mərkəzində yüksək liqanın yeni mövsümünün püşkatması keçirildi. Allsport.az saytı xəbər verir ki, mərasimdə ilk turda üz-üzə gələcək klublar bilindi. Reqlamentə əsasən, hər 2 çempionat 4 dövrədən və görüşlər dairəvi sistem ibarət olacaq. İlk 4 pilləni tutacaq komandalar pley-ofa yüksələcəklər. Bu mərhələsində 2 matç (əgər tərəflər hərəsi bir oyunda qalib gələrsə, setlər də bərabər olarsa, qızıl set oynanılacaq), final və 3-cü yer üçün 1 görüş baş tutacaq.

I tur

Qadınlar
“Murov Az terminal”- “Abşeron”
“Milli Aviasiya” – “Gəncə”
“Azərreyl” – UNEC

Kişilər
“Neftçi” – “Murov Az Terminal”
“Azərreyl” – “Xarı Bülbül Laçın”
MOİK – “Xarı Bülbül Şuşa”

Həmin kateqoriyadan