Ölkə çempionatlarında növbəti oyunlar

Azərbaycan yüksək liqası və super liqasında daha 5 matçın vaxtı dəqiqləşib. Allsport.az xəbər verir ki, hər iki çempionatın II dövrəsinin növbəti qarşılaşmaları martın 3-ə təsadüf edəcək.

Qadın voleybolçuların görüşləri Dərnəgül voleybol mərkəzində təşkil olunacaq. Saat 15:00-da “Abşeron” “Mübariz”i, 2 saat sonra “Azərreyl” UNEC-i sınağa çəkəcək.

Kişi voleybolçular isə “Sərhədçi” olimpiya idman mərkəzində meydana çıxacaqlar. Günə 14:00-da “Express” “Azərreyl” oyunu ilə start veriləcək. 2 saat sonra “Sərhədçi” “Xilasedici” ilə, saat 18:00-da isə “Murov” MOİK-lə münasibətinə aydınlıq gətirəcək.

Həmin kateqoriyadan