Ölkənin ən güclü bahadırları bir araya gələcək

18-20 dekabrda Bakı idman sarayında ölkə çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Dünya Güləş Birliyinin qaydalarına uyğun təşkil olunacaq yarışda 10 çəki (sərbəst – 57 kq, 61 kq, 65 kq, 70 kq, 74 kq, 79 kq, 86 kq, 92 kq, 97 kq, 125 kq, yunan-Roma – 55 kq, 60 kq, 63 kq, 67 kq, 72 kq, 77 kq, 82 kq, 87 kq, 97 kq, 130 kq) üzrə mükafatçılar müəyyənləşəcək.

Görüşlər hər gün saat 10:00-da başlayacaq. Yarımfinal və medallar uğrunda qarşılaşmalar saat 17:00-da start götürəcək. Yarışın açılışı dekabrın 19-da saat 16:30 başlayacaq.

Reqlamentə əsasən, ilk yarış günündə “klassiklər” mübarizə aparacaq. Ertəsi gün bu növdə medal görüşləri keçiriləcək. Dekabrın 19-da sərbəst güləşçilərin mübarizəsinə də start veriləcək. Bu usulda çıxış edənlərin qızıl və bürünc medal görüşləri dekabrın 20-də baş tutacaq.

Qeyd edək ki, çempionat “İdman Azərbaycan” telekanalı ilə canlı yayımlanacaq.

Həmin kateqoriyadan