Ötən ilin dekabrında beynəlxalq yarışlarda uğurla çıxış edən idmançılarla görüş

Yanvarın 9-da gənclər və idman naziri Fərid Qayıbov ötən ilin dekabr ayı ərzində nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş idmançılarla görüşüb. Allsport.az saytı xəbər verir ki, qazandıqları nailiyyətlər münasibətilə onları təbrik edən nazir, yeni ildə böyük qələbələr arzulayıb. Qazax güləşi, uşu, xüsusi olimpiyanın atletika, qaçış və tullanma idman növlərinin təmsilçiləri çıxış edərək qazandıqları qələbələr barədə məlumat veriblər.

Tədbirdə həmçinin gənclər və idman nazirliyinin kollegiya qərarı ilə “Azərbaycan respublikasının Əməkdar məşqçisi”, “Azərbaycan respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adlarına, “Respublika dərəcəli hakim” adına layiq görülmüş bir sıra idman mütəxəssislərinə müvafiq döş nişanları və vəsiqlər təqdim edilib.

Həmin kateqoriyadan