Pəhləvanlarımız Argentinada ilk tura yaxşı başlayıb

Pəhləvanlarımız Argentinada ilk tura yaxşı başlayıb

Allsport.az xəber verir ki, Argentinanın paytaxtı Buenos Ayresdə çimərlik güləşi üzrə dünya seriyasının ilk mərhələsi start götürüb.

Dünən qruplarda ilk 2 turun görüşləri keçirilib.

70 kq

Ramiz Həsənov “B”qrupunda Vilfrido Esteban Samanieqo (Panama) və Con Vilmer Karrenoya (Peru) 3:0 hesabıyla qalib gəlib. Həsənov sonuncu turda Vilfredo Aqusto Rodrigeslə (Venesuela) qarşılaşacaq.

90 kq

İbrahim Yusubov “A” qrupunda Yonas Van Kaenegemə (Belçika) 3:0 və Xristos Samartsidisə (Yunanıstan) 3:2 hesabıyla qalib gəlib. Yusubov sonuncu turda Elton Aleksandr Morrisonla (Panama) üz-üzə gələcək.

90 kq-dan yuxarı

Oyan Nəzəriani Axilles Xrisidisə (Yunanıstan) 3:0 hesabıyla qalib gəlib, Xose Daniel Roberttiyə (Venesuela) 0:2 hesabıyla məğlub olub. Nəzəriani sonuncu turda Nikolas Enzo Baezlə (Argentina) güləşəcək.

Həmin kateqoriyadan