Paralimpiyaçı cüdoçularımız lisenziya yarışına start verir

Bu gün Portuqaliyanın Odivellas şəhərində keçirilən 2016 Rio-De-Janeyro yay paralimpiya oyunlarına son reytinq xalı qazandıran açıq Avropa çempionatına start verilir. Rekord.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin cüdo idman növü üzrə idmançıları 60 kq çəki dərəcəsində Ramin İbrahimov, 66 kq çəki dərəcəsində Bayram Mustafayev, 100 kq çəki dərəcəsində Kənan Abdullaxanlı və 100+ çəki dərəcəsində İlham Zəkiyev yarışın ilk günündə mübarizəyə qatılacaqlar.

Həmin kateqoriyadan