“Pik vəziyyətdəydim”

Bakı idman sarayında U-23 Avropa çempionatında bu gün daha 5 çəkidə medalçılar müəyyənləşdi. Yunan-Roma güləşçilərdə 72 kq-da Ruslan Nurullayev 3-cü yer uğrunda görüşdə bolqarıstanlı Petar Qornyaşkini 7:4 yendi. O, yarışdan sonra sevincini allsport.az saytı ilə bölüşdü:

“Bu nəticəni gözləyirdim. Avropa çempionatına 99 faiz hazır idim. Pik vəziyyətdəydim. Bir az təcrübəsizlik, bir az da tələslənlik uzündən finala çıxa bilmədim. Qarşıda bizi daha 2 məsul sınaq gözləyir. Allah qoysa, gələn yarışlarda bu səhvlər olmayacaq və bürünc medal qızıl ilə əvəzlənəcək. Üzərimdə bütün məşqçilərin əməyi var, onlara təşəkkürümü bildirirəm”.

Həmin kateqoriyadan