- Baxış sayı: 72
- 05 Avqust 2026 19:38
- Baxış sayı: 89
- Avqust 10, 2026
- 0
Sankt-Peterburqda akrobatika üzrə turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, gimnastlarımız yarışı 3 medalla başa vurublar. Beynəlxalq arenada ilk addımlarını atan qarışıq cütlük – Samirə Rüstəmova və Rauf Cabbarov (11-16 yaş kateqoriyası) 80.800 xal qazanaraq 2-ci olublar.
13-19 yaşda mübarizə aparan kişi cütlüyümüz Murad Rəfiyev və Daniel Abbasov gümüş medala (83.360 xal) sahibləniblər.
Komandamızın hesabına növbəti etni mükafatı 12-18 yaş dərəcəsində Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadədən ibarət qrupumuz yazdırıb. Qızlarımız 82.850 xal toplayıblar.