Polina Rəhimova: “Mənə elə gəlir ki, ilk seti əldən versəydik, qalib gələ bilməyəcəkdik”

Bakı idman sarayında qadın voleybolçuların DÇ-2018-in ələməsində millimiz “E” qrupunun son görüşündə niderlandlı həmkarlarını 3:0 hesabı ilə üstələyərək final mərhələsinə adladı. Allsport.az saytı xəbər verir ki, oyundan sonra komandamızın hücumçusu Polina Rəhimova qələbəyə belə şərh verdi:

“Bu gün azarkeşlərdən razı qaldım. Hamı bizi çox yaxşı dəstəklədi. Yəqin ki, maraqlı oyundan hamı razı qaldı. Meydançada əsl savaş getdi. Mənə elə gəlir ki, ilk seti əldən versəydik, bu gün qalib gələ bilməyəcəkdik.

Bu gün bizim günümüz idi. Doğma divarlar da bizə kömək etdi. Səviyyəmizi artırıb dünya çempionatına qələbə qazanmaq üçün yollanacağıq. Maksimum nəticəyə oynamalıyıq”.

Həmin kateqoriyadan