«Polina Rəhimova və Natalya Məmmədova kimi dünya səviyyəli oyunçuların qarşısını almaq çətindir»

«İlk öncə, Azərbaycan yığmasını təbrik edirəm. Rəqib layiqli qələbə qazandı. Hər setin ortasına qədər bərabər oynasaq da, sonradan təşəbbüsü ev sahibələrinə verdik». Allsport.az saytı xəbər verir ki, bunu Bakı idman sarayında KİV-ə açıqlamasında Ukrayna millisinin baş məşqçisi Harri Yegiazarov dedi. Mütəxəssisin sözünə görə, komandamız cinahlarda qaşısıalınmaz oldu:

«Düzü, belə asan məğlub olacağımızı gözləmirdim. Biz daha gərgin mübarizəyə ümid edirdik. Təəssüf ki, heyətdə çatışmamazlıqlar vardı: hücumda əsas voleybolçumuz olan Olesya Pıxlyukun yüksək hərarətlə çıxış edirdi. Bu üzdən ondan tam yararlana bilmədik.

Üstəlik, rəqib cinahlarda kəsərli idi. Bunu bilirdim, tədbir görmüşdüm, amma Polina Rəhimova və Natalya Məmmədova kimi dünya səviyyəli oyunçuları zərərsizləşdirmək asan məsələ deyildi. Blokumuz çox çalışdı, lakin bacarmadı».

Həmin kateqoriyadan