Polina və Odinanın komandalarından qələbə, Yanadan 31 xal

Millimiizn voleybolçuları Türkiyə Sultanlar liqasının 2-ci turunda iştirak ediblər. Allsport.az saytı xəbər verir ki, hücumçu Polina Rəhimova “Fənərbağça”nın “Xalqbank” klubuna qarşı 3:1 hesablı qələbəsinə sevinib. O, həmin görüşdə 20 xal yığaraq, komandasının ən sərrast oyunçusu olub.

Yığmamızın kapitanı Odina Bayramova şərəfini qoruduğu “Seramiksan” evdə “Bursaspor”la qarşılaşıb və 3:2 hesablı qələbə qazanıb. Həmyerlimiz hesabına 18 xal yazıb.

Digər hücumçumuz Yana Kulan çıxış etdiyi “Bəylikdüzü” çempionatının favoritlərindən sayılan “Vəqfbank”a müqavimət göstərə bilsə də, məğlubiyyətlə üzləşib – 2:3. Millimizin ən ucaboy voleybolçusu 31 xal toplayıb.

Həmin kateqoriyadan