Puerto-Rikonun bədii gimnastika yığması hazırlığı Bakıda keçir

Bədii gimnastika üzrə Puerto-Riko millisi paytaxtımızda təlim-məşq toplanışındadır. Allsport.az saytı xəbər verir ki, komandanın məşqçisi Silviya Taseva ölkəmizə ilk dəfə gəldiyini deyib: “Milli Gimnastika Arenasında hazırlıq üçün bütün şərait yaradıldığı üçün yığmamız burada məşq etməkdən məmnundur. Mən Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva ilə şəxsən tanışam. Bu il Mariana Vasileva bizi Bakıda məşqlərə dəvət etdi. Biz buna görə çox şadıq.

Biz bir neçə dünya kubokunda, eləcə də beynəlxalq yarışlarda iştirak etməyi planlaşdırırıq. Mayda biz mövsümü iki iri yarışla – Pan-Amerika Oyunları və Mərkəzi Amerika yarışlarının təsnifat mərhələsi ilə başa çatdırmağı planlaşdırırıq. Ona görə də komandamızın yüksək səviyyədə hazırlıqlı olması vacibdir”.

Həmin kateqoriyadan