Püşk voleybolçularımızı serb və ruslarla üz-üzə qoyub

Qadının Avropa çempionatının püşkatması olub. Allsport.az saytı xəbər verir ki, AVF-in baş katibi Cəlil Cəfərovun da iştirak etdiyi mərasim Serbiyan paytaxtı Belqradda təşkil olunub. Püşkatmada ardıcıl 9-cu dəfə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin də rəqibləri bəlli olub.

Püşkə əsasən 24 komanda 4 qrupa bölünüb. Hər qrupdan isə 4 yığma mərhələ adlayacaq. Final mərhələsinə 4 ölkə – Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiyanın ev sahibliyi edəcəklər. Həlledici oyunlar avqustun 18-dən sentyabrın 4-dək olacaq.

“A” qrupu: Serbiya, AZƏRBAYCAN, Rusiya, Belçika, Fransa, Bosniya və Hersoqovina
“B” qrupu: Bolqarıstan, Polşa, Almaniya, İspaniya, Çex Respublikası, Yunanıstan
“C” qrupu: Xorvatiya, İtaliya, Belarus, Slovakiya, Macarıstan, İsveçrə
“D” qrupu: Rumıniya, Türkiyə, Niderland, Ukrayna, İsveç, Finlandiya

Həmin kateqoriyadan