- Baxış sayı: 64
- 06 May 2026 15:25
- Baxış sayı: 76
- May 11, 2026
- 0
Bu gün qadın voleybolçuların Avropa Çempionlar Liqasının pley-off mərhələlərinin püşkü atılıb.
Allsport.az saytı xəbər verir ki, Lüksemburqda təşkil olunan mərasimdə «Azəryol» klubu rəqibini tanıyıb. «Xallı bəbirlər» İtaliyanın «Yamamay» komandası ilə qarşılaşacaq.
Aleksandr Çervyakovun rəhbərlik etdiyi kollektiv «Dördlər finalı»na çıxmaq üçün bu Apennin səddini aşmaqla yanaşı, «Pyaçentsa» (İtaliya) – «Dinamo»M (Rusiya) cütünün qalibini də üstələməlidir.
İlk matç 10-12 fevralda, cavab oyunu 17-19-da baş tutacaq.