“Qəbələ” məşqçilər heyəti ilə sözləşməni yeniləyib

Qəbələ” baş məşqçisi Elmar Baxşıyev və köməkçiləri ilə müqavilə müddətini uzadıb.

Allsport.az saytı xəbər verir ki, 43 yaşlı mütəxəssis, həmçinin köməkçi məşqçilər Xaqani Məmmədov və Rasim Ramaldanov, qapıçı məşqçisi Vüqar Məmmədovla yeni anlaşma daha 2 il müddətinə nəzərdə tutulub.

Əvvəlki müqavilələri 2022-2023-cü illər mövsümünün sonunda başa çatan məşqçilər korpusu daha iki mövsüm “qırmızı-qaralar”ı çalışdıracaq. 

O, 2019-cu ilin sentyabrından “Qəbələ”nin baş məşqçisidir.

Həmin kateqoriyadan