“Qələbəmi bütün Azərbaycan xalqına, şəhid ailələrinə və qazilərə həsr edirəm”

Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında sərbəst güləşçimiz Əliabbas Rzazadə 57 kq-da qızıl medal qazanıb. Allsport.az saytı xəbər verir ki, o, Heydər Əliyev beynəlxalq aeroportunda sevincini KİV-lə bölüşüb:

“İlk öncə onu qeyd edim ki, yarışa çox yaxşı hazırlaşmışdıq. Xasavyurtda güclü təlim-məşq toplanışı keçmişdik. Federasiya bunun üçün lazım olan bütün şəraiti yaratmışdı. Bizim də öhdəmizə çempion olmaq düşürdü. Şükürlər olsun ki, buna da nail oldum.

Bu gün Zəfər bayramıdır. Qələbəmi bütün Azərbaycan xalqına, şəhidlərin ailələrinə və qazilərimizə həsr edirəm. Erməni idmançıyla güləşəndə məsuliyyət daha çox idi. Qalib gələcəyimi bilirdim. Zəfər günü ərəfəsində məğlub ola bilməzdim.

Qələbə qazandım ki, ikiqat sevinc olsun. Gələcək hədəflərim böyükdür. Olimpiadaya qədər çəki dəyişikliyi olmasa, 57 kq-da davam edəcəyəm. Paris-2024-də çıxış etmək istəyirəm.

Həmin kateqoriyadan