Qadın güləşçilər Göygöldə

Qadın güləş millimiz bu gün növbəti təlim-məşq toplanışına start verib. Allsport.az saytı xəbər verir ki, böyüklər, U-20 və U-17 yığmanın üzvlərindən formalaşmış geniş heyət Göygöl olimpiya idman kompleksində məşqlərə başlayıb.

Martın 10-dək davam edəcək hazırlığa böyük məşqçi Toğrul Əsgərov, məşqçi Ağahüseyn Mustafayev, eləcə də U-20 və U-17 milli komandanın böyük məşqçisi Rövşən Umudovla Solmaz Adilovanın rəhbərliyi altında 27 güləşçi yer alıb.

Orada yer alan güləşçilərin bir qismi martda Türkiyənin Antalya şəhərində “Zəfər kuboku” və “Çempionlar” turnirində iştirak edəcəklər.

Həmin kateqoriyadan