Qadın güləşçilərimiz 120 min dollar ümumi mükafatı olan açıq Rusiya kubokunda iştirak edir

Dekabrın 10-11-də paytaxt Çeboksaridə Çuvaş Respublikasının başçısının mükafatı uğrunda qadın güləşi üzrə açıq Rusiya kuboku yarışları keçiriləcək. Allsport.az xəbər verir ki, turnirdə Rusiya ilə yanaşı, Azərbaycan, Belarus, Qazaxıstan, Monqolustan, İsveç və ABŞ-dan olan idmançıların iştirakı gözlənilir.

Rusiya Kuboku yarışlarında 8 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Ölkəmizi turnirdə Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (55 kq) və Tatyana Omelçenko (58 kq) təmsil edəcəklər. Yarışın ümumi mükafat fondu 120 min dollardır.

Proqrama əsasən, dekabrın 10-da bütün çəki dərəcələrində ilkin və təsəlliverici görüşlər, dekabrın 11-də isə final görüşləri keçiriləcək.

Həmin kateqoriyadan