Qadın güləşçilərimiz Bolqarıstanda təlim-məşq toplanışında

Qadın güləşi üzrə yığma komandanın üzvləri qarşıdan gələn beynəlxalq yarışlara və Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına hazırlıqlarını Bolqarıstanın Belmeken şəhərində davam etdirir. Allsport.az saytı xəbər verir ki, aprelin 6-dan başlayan təlim-məşq toplanışında 10 güləşçimiz iştirak edir.

Baş məşqçi Semyon Çteryov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi ilə Bolqarıstana Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Alyona Kolesnik (hər ikisi 55 kq), İrina Netreba (58 kq), Elis Monolova, Raqnetta Qurbanzadə (hər ikisi 63 kq), Nadya Muşka (69 kq), Gözəl Zutova və Səbirə Əliyeva (hər ikisi 75 kq) yollanıb.

Hazırlıq ayın 23-dək davam edəcək. Daha sonra güləşçilərimiz Bolqarıstanda keçiriləcək Dan Kolov və Nikola Petrovun xatirəsinə beynəlxalq turnirdə qüvvələrini sınayacaq.

Həmin kateqoriyadan