Qızlarımız dünya birinciliyinə hazırlaşır

Noyabrın 1-dən 7-dək Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı keçiriləcək.

Allsport.az xəbər verir ki, mundialda iştirak edəcək qadın güləşçilərdən ibarət millimiz Bakıda məşqləri davam etdirir.

Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında keçirilən təlim-məşq toplanışı oktyabrın 31-dək davam edəcək. Məşqlərini olimpiya güləş mərkəzində keçən yığmamız noyabrın 1-də Serbiyaya yollanacaq.

Qadın güləşçilər noyabrın 3-dən 5-dək dünya çempionatında çıxış edəcəklər.

Həmin kateqoriyadan