- Baxış sayı: 138
- 23 Mart 2024 17:06
- Baxış sayı: 154
- Mart 28, 2024
- 0
Güləş yığmalarımız sentyabrın 14-dən 22-dək Qazaxıstan paytaxtı Nur-Sultanda dünya çempionatına hazırlığı davam etdirir. Allsport.az saytı xəbər verir ki, kişilərdən fərqli, qadınlar ölkə xaricində təlim-məşq keçir.
Baş məşqçi Aslan Ağayevin və məşqçi Rövşən Umudovun rəhbərliyi ilə iyulun 21-dən Türkiyənin Niğdə şəhərində yerlilərlə birgə hazırlaşan komandamız, avqustun 4-dək toplanışı davam etdirəcək. TMT əsasən fiziki hazırlıq üzərində qurulub.
Qeyd edək ki, heyətdə gənc güləşçilərimiz də yer alıb. Onlar avqustun 12-dən 18-dək Estoniyanın paytaxtı Tallinndə keçiriləcək gənclərin dünya çempionatına hazırlaşır.