- Baxış sayı: 36
- 10 Avqust 2026 20:33
- Baxış sayı: 93
- Avqust 10, 2026
- 0

Qadın güləşçilərdən ibarət yığmamız İstanbulda təlim-məşq toplanışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, oktyabrın 20-dək davam edəcək hazırlıq Türkiyə millisi ilə birgə keçirilir.
Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudov heyətdə yer alan 9 güləşçi ilə bu həftə yüklənmə rejimində məşqləri davam etdirir. İdmançılarımız gündəlik iki məşqə çıxır. Gələn həftədən isə hazırlıq prosesi yüngülləşəcək və gündə bir məşq olacaq.
Qeyd edək ki, təlim-məşq toplanışı oktyabrın 20-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq dünya çempionatına hazırlıq xarakteri daşıyır. Qadınlar oktyabrın 22-25-i aralığında yarışacaq.