Qadın güləşçilərimiz Mixail İqnatyevin mükafatları uğrunda yarışda

10-11 dekabrıda “Çeboksarı Arena” Buz Sarayında qadınlar güləşçilər arasında açıq Rusiya kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Çuvaşiyanın rəhbəri Mixail İqnatyevin mükafatları uğrunda yarışda bizim idmançıların da iştirak edəcəyi gözlənilir. İndiyə qədər Azərbaycan, Belarus, Qazaxıstan, Monqolustan, İsveç və ABŞ-ı təmsil edən 50-dən çox güləşçinin bu rəqabətdə mübarizəsi təsdiqlənib.

Açıq Rusiya kuboku yeni formatda ilk dəfə keçiriləcək: ilk gündə bütün çəki dərəcələrində ilkin döyüşlər keçiriləcək, ikinci gün səhər proqramında bürünc mükafatların sahibləri müəyyən ediləcək, həmin gün axşam isə bütün çəki dərəcələrində final görüşləri keçiriləcək.

Həmin kateqoriyadan