- Baxış sayı: 76
- 24 İyun 2026 22:19
- Baxış sayı: 66
- İyun 26, 2026
- 0

Sabah Çeboksarı şəhərində qadın güləşi üzrə açıq Rusiya Kubokuna start veriləcək.
Allsport.az xəbər verir ki, iki gün davam edəcək turnirdə Rusiya, Azərbaycan və Qırğızıstanın qadın güləşçiləri mübarizə aparacaq. Ölkəmizi yarışda məşqçilər Rövşən Umudov və Solmaz Adilovanın rəhbərliyi altında Şəhanə Nəzərova (50 kq), Birgül Soltanova (57 kq), Alyona Kolesnik (59 kq), Tatyana Omelçenko, Jalə Əliyeva (hər ikisi 62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) təmsil edəcək.
Noyabrın 22-də bütün çəkilərdə finalçılar müəyyənləşəcək. Təsəlliverici və medallar uğrunda qarşılaşmalar isə noyabrın 23-də keçiriləcək.