Qadın güləşçilərimiz Bakı “Qızıl qran-pri”sində zəif çıxış etdi – 13 nəfərə cəmi 1 gümüş medal!

Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl qran-pri” beynəlxalq turnirinin final mərhələsi davam edir. Allsport.az xəbər verir ki, turnirdə 41 ölkədən dünyanın 450-ə yaxın ən güclü pəhləvanları mübarizə aparır.

İkinci yarış günündə qadın güləşi üzrə 48, 53, 55, 58, 60, 63, 69 və 75 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.

Güləşçilərimiz yarışı 1 gümüş medalla tamamlayıb. Qadın güləşçilərimizdən Nataliya Sinişin (55 kq) finala qədər inamla güləşib. Ancaq final görüşündə Çin təmsilçisinə uduzub və gümüş medalla kifayətlənib. Yığma komandamızın üzvlərindən Şəfəq Muradzadə (48 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (55 kq), Elmira Qəmbərova (63 kq) və Səbirə Əliyeva (75 kq) bürünc medal görüşünə çıxıb. Ancaq onların heç biri fəxri kürsüdə yer ala bilməyib.

Xatırladaq ki, ilk yarış günündə sərbəst güləşçilərimiz 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıb.

48 kq
Bürünc medal görüşü
Miho İqraşi (JPN) – Şəfəq Muradzadə 12:0
Təsəlliveri görüş
Şəfəq Muradzadə – Mareka Şidoçi (JPN) 7:2
1/8 final
Valentina İslamova (RUS) – Şəfəq Muradzadə 10:0

53 kq
Bürünc medal görüşü
Odunaku Adekauoreye (NGR) – Anjela Doroqan 10:0
1/2 final
Helen Marolin (USA) – Anjela Doroqan 9:0
1/4 final
Anjela Doroqan – Angelia Arquello (VEN) 4:3
1/8 final
Anjela Doroqan – Merve Kelger (TUR) 12:2
Solmaz Həşimzadə – Jildiz Yeşimova (KAZ) 2:10

55 kq
Final
Liu Hui (CHN) – Natalya Sinişin 6:1
Bürünc medal görüşü
Hikari Suqavara (JPN) – Alyona Kolesnik 2:1
Təsəlliverici görüş
Almaz İsmayılova – Hikari Suqavara (JPN) 0:10
1/2 final
Alyona Kolesnik – Natalya Sinişin 1:4
1/4 final
Natalya Şinişin – Hikari Sugavara (JPN) 5:3
Tetyana Kit (UKR) – Alyona Kolesnik 0:6
1/8 final
Almaz İsmayılova – Natalya Sinişin 0:11
Carlene Sluberski (USA) – Alyona Kolesnik 4:5

58 kq
1/4 final
Yuliya Ratkeviç – Aiym Abdildina (KAZ) 0:3
1/8 final
Yuliya Ratkeviç – Tiina Vaimonpaa (FİN) 10:0

60 kq
1/8 final
İrina Netreba – Yukako Kavai (JPN) 5:11

63 kq
Bürünc medal görüşü
Elmira Qəmbərova – Anastasiya Grigoriyeva (LAT) 3:6
Təsəlliveri görüş
Enkbayar Tsevegmid (MGL) – Elmira Qəmbərova 1:2
1/4 final
Valeriya Lazinskaya (RUS) – Raqnetta Qurbanzadə 8:4
Taybe Yusein (BUL) – Elmira Qəmbərova 11:1
1/8 final
Soronzonbold Battsetgen (MGL) – Raqnetta Qurbanzadə 8:11
Elmira Qəmbərova – Xi Luo Zudma (CHN) 1*:1
1/16 final
Yekaterina Larionova (KAZ) – Raqnetta Qurbanzadə 2:2*

69 kq
1/4 final
Gözəl Zutova – Rio Vatari (JPN) 4:14
1/8 final
Elis Manolova – Gözəl Zutova 2:3

75 kq
Bürünc medal görüşü
Səbirə Əliyeva – Yekaterina Bukina (RUS) 0:11
1/4 final
Jou Qian (CHN) – Səbirə Əliyeva 10:3

Həmin kateqoriyadan