Qadın güləşçilərimizin reytinqdəki mövqeləri dəyişməyib

Dünya Güləş Birliyi (UWW – United World Wrestling) 2015-ci il aprel ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyasını açıqlayıb. Allsport.az xəbər verir ki, qadın güləşçilərin reytinq sıralamasında 6 güləşçimizin adı var. İlk onluqda yer alan güləşçilərimizin mövqeyində dəyişiklik baş verməyib. Mariya Stadnik (48 kq) 2-ci, Yuliya Ratkeviç (60 kq) 5-ci, Alyona Kolesnik (55 kq) isə 6-cı pillədə qərarlaşıb. Əvvəlki siyahıda yer almayan Nadya Muşka Dan Kolov turnirində qazandığı nəticəylə reytinqdə 15-ci pilləyə yüksəlib.

48 kq
2. Mariya Stadnik – Dünya Kuboku 5-ci yer (2)

55 kq
6. Alyona Kolesnik – U-23 AÇ 1-ci yer (6)

58 kq
16. İrina Netreba – Paris Qran Pri turniri 3-cü yer (11)

60 kq
5. Yuliya Ratkeviç – DÇ 2-ci yer (5)
11. Nataliya Sinişin – Dan Kolov turniri 1-ci yer (14)

69 kq
15. Nadya Muşka – Dan Kolov turniri 2-ci yer (nr)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Həmin kateqoriyadan