VİDEO
Qadın güləşçilərimizin Türkiyə toplanışı davam edir

Qadınlardan ibarət güləş yığmamız Türkiyədə  təlim-məşq toplanışı keçir. Allsport.az xəbər verir ki, yanvarın 27-dən Ədirnədə məşqlərə başlayan millimiz Türkiyə və Çin Taypeyindən olan komanda ilə birgə hazırlıqları davam etdirir.

TMT fevralın 10-dan 16-dək İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Türkiyənin “Beinsport” telekanalı 3 komandanın iştirakıyla baş tutan təlim-məşq toplanışından reportaj hazırlayıb. Millimizin baş məşqçisi Aslan Ağayev Türkiyə güləş federasiyasına toplanışın təşkilində yaratdığı şəraitə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Həmin kateqoriyadan