Qadın güləşində bizdən Bolqarıstana kimlər yollanır?

6-9 maydada Bolqarıstan paytaxtı Sofiyada dünya olimpiya təsnifatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, turnirdə 84 ölkədən 474 idmançı mübarizə aparacaq.

Ölkəmizi qadın güləşində Türkan Nəsirova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (68 kq) və Gözəl Zutova (76 kq) təmsil edəcəklər.

Bu növbə bizdə yalnız Mariya Stadnik (50 kq) Tokio-2020-yə vəsiqə qazanıb.

Həmin kateqoriyadan