- Baxış sayı: 34
- 29 İyun 2026 16:45
- Baxış sayı: 96
- İyun 26, 2026
- 0

Qadın voleybolçuların Avropa çempionatına hazırlığı ölkə xaricində davam etdirən millimiz Milanda növbəti yoxlama matçına çıxıb. Allsport.az saytı xəbər verir ki, Faiq Qarayevin komandası İtaliya millisi yığması ilə 3-cü dəfə qarşılaşıb.
Gərgin mübarizədə oyun 3:2 xeyrimizə bitib (22-25, 22-25, 25-20, 25-22, 15-13). Qızlarımızın yerli voleybolçularla əvvəlki 2 görüşü rəqibin xeyrinə başa çatıb – 3:0 və 3:2.