Qadın voleybol millimizin 6-cı qitə sınağı

Avropa çempionatının final mərhələsində iştirak edəcək qadın voleybol millimiz hazırlığı başa vurub. Allsport.az saytı xəbər verir ki, 2 ay çəkən toplanışda, qızlarımız Mingəçevirdə, Bakıda, ardınca Yunanıstanda, Macarıstanda və Bosniya və Hersoqovinada təlim-məşq keçib və yoxlama oyunları keçiriblər.

Pandemiya səbəbindən məşqsiz qalan yığmamız, uzun fasilədən sonra iki ay təlim-məşq toplanışlarında və yoxlama oyunlarında öz əvvəlki formalarını bərpa etməyə çalışıblar. Onlar ciddi həkim nəzarəti altında məşq ediblər. Çünki, bəzi voleybolçularımız hazırlıq prosesində bel və diz zədələri ilə üzləşiblər. Buna baxmayaraq, qızlarımız həkimin müalicə protoklunu və fiziki məşqçinin verdiyi proqramları yerinə yetirərək tezliklə meydançaya qayıtmaq üçün əllərindən gələni ediblər.

Avropa çempionatında komandamızın heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova, Anastasiya Bayduk çıxış edəcəklər. Bu yarışda milliyə Vüqar Əliyev rəhbərlik edəcək. Ona Eldar Yusubov və Emin Əbilov və Sinişa Popek köməklik edəcəklər.

Həmin kateqoriyadan