Qadın voleybol millisi Sloveniya toplanışını başa vurub

Allsport.az saytı xəbər verir ki, İyulun 18-dən Mariborda hazırlıq keçən Eldar Yusubovun komandası bu gün Bakıya qayıdıb.

Millimiz səfər çərçivəsində yerli yığma ilə də iki yoxlama matçı keçirib. Sloveniya millisi ilə keçirilən hər iki görüş voleybolçularımızın xeyrinə yekunlaşıb.

İslam oyunlarına və Avropa çempionatının təsnifat mərhələsinə hazırlaşan yığmamız plana uyğun olaraq hazırlığın son mərhələsini Bakıda davam etdirəcək.

Avqustun 8-16-da Konyada İslamiadaya komandamız avqustun 5-də yola düşəcək. Yarışda millimiz “B” qrupunda Əfqanıstan, Seneqal və Kamerun yığmaları ilə üz-üzə gələcək.

Millimiz Avro-2023-ün təsnifat mərhələsində isə ilk rəsmi matçını avqustun 20-də Bakıda Gürcüstan komandasına qarşı keçirəcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish