- Baxış sayı: 64
- 06 May 2026 15:25
- Baxış sayı: 110
- May 11, 2026
- 0

Avropa çempionatının təsnifatında “D” qrupunda mübarizə aparan qadın voleybolçularımız növbəti oyununu avqustun 24-də səfərdə Gürcüstana qarşı keçirəcək.
Allsport.az saytı xəbər verir ki, Tiflisdə “Yeni voleybol arena”da görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Millimiz qrupda ilk oyununda Gürcüstana 3:0 qalib gəlib. “D” qrupunda digər rəqiblər Sloveniya və Avstriyadır.