Qadın voleybolçular Mingəçevirə yollanıb

Qadın voleybol millisi İslam oyunlarına və Avropa çempionatının təsnifatına hazırlığın növbəti mərhələsi üçün, bu gün Mingəçevirə yola düşüb. Allsport.az saytı xəbər verir ki, toplanış “Kür” olimpiya tədris-idman mərkəzində davam etdiriləcək.

Baş məşqçi Eldar Yusubov, köməkçiləri Vüqar Əliyev və Emin Əbilovun rəhbərliyi altında buradakı hazırlıq iyulun 5-də başa çatacaq. Mingəçevirdəki məşqlərdə 15 voleybolçu iştirak edəcək.

Milli AVRO-2023-ün təsnifatnda “D” qrupunda Sloveniya, Gürcüstan və Avstriya milliləri ilə mübarizə aparacaq. V İslam həmrəyliyi oyunlarında isə rəqiblər hələ məlum deyil.

Həmin kateqoriyadan