Qadın voleybolçular Sloveniyaya yola düşdü

Qadın voleybolçular Sloveniyaya yola düşdü

Bu gün qadın voleybol millisi Sloveniyaya yollanıb. Allsport.az saytı xəbər verir ki, Eldar Yusubovun komandası hazırlığı Mariborda davam etdirəcək.

Toplanış iyulun 31-də yekunlaşacaq. Hazırlıq çərçivəsində yerli seçmə ilə bir neçə yoxlama matçı planlaşdırılıb.

Komandamız Avro-2023-ün təsnifatında “D” qrupunda Sloveniya, Gürcüstan və Avstriya, İslam həmrəyliyi oyunlarında “B” qrupunda Əfqanıstan, Seneqal və Kamerun yığmaları ilə üz-üzə gələcək.

Həmin kateqoriyadan