Qadın voleybolçularımız qitə çempionatını biabırçılıqla tərk edir

Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandası Avropa çempionatının qrup mərhələsi çərçivəsində sonuncu matçını keçirib. Allsport.az xəbər verir ki, yığmamız son görüşünü Macarıstana qarşı keçirib.

Hər iki komanda əvvəlki oyunlarında məğlub olmuşdu. Ona görə də bu qarşılaşma prinsipiallığı ilə seçilirdi. Qalib gələn komanda pley-offa vəsiq qazanacaqdısa, məğlub olan turnirlə vidalaşacaqdı. Təəssüf ki, yığmamız son görüşdə də uduzub və AÇ-ni tərk edib.

Qeyd edək ki, millimiz ilk görüşündə Türkiyəyə, daha sonra isə meydan sahibi Belçikaya uduzmuşdu.

AÇ-2015
Qrup mərhələsi
28 sentyabr

Azərbaycan – Macarıstan – 1:3 (16:25, 28:26, 22:25, 16:25)

Həmin kateqoriyadan