- Baxış sayı: 64
- 06 May 2026 15:25
- Baxış sayı: 13
- May 11, 2026
- 0

Qadın voleybolçular arasında Avropa Liqasının qrup mərhələsinin 2-ci dövrəsinin oyunları başa çatıb. Allsport.az saytı xəbər verir ki, “B” qrupunda yer alan Azərbaycan millisi bu mərhələni də itkisiz tamamlayıb.
Fransanın Renn şəhərində baş tutan mübarizədə Faiq Qarayevin komandası ev sahibələrini də məğlub edib – 3:0 (25:13, 25:23, 25:15)
Bu qrupun digər matçında İspaniya yığması eyni hesabla monteneqrolu həmkarlarını üstələyiblər. Millimizin yarımfinalda rəqibi püşkatmandan sonra bilinəcək.
Turnir cədvəli: 1. Azərbaycan – 18 xal (18:2); 2. İspaniya – 6 (10:14); 3. Fransa – 6 (10:16); 4. Çernoqoriya – 6 (8:14).