Qadın voleybolçularımız Avropa Liqasının yarımfinalına doğru

Sabah qadın voleybolçular arasında Avropa Liqasının qrup mərhələsində 2-ci dövrə başlayacaq. Allsport.az saytı xəbər verir ki, “B” qrupunda yer alan Azərbaycan millisi son 3 matçına Fransada çıxacaq. Renn şəhərində baş tutacaq oyunlara Faiq Qarayevin komandası lider kimi çıxacaq.

İlk görüş iyunun 10-da Monteneqroya qarşıdır. Rəqib bizdən 5 xal geridədir. 3 xallıq qələbə komandamızı yarımfinala daşıyacaq. Qızlarımız ertəsi gün ev sahibələri, ayın 12-də ispanlarla üz-üzə gələcək.

Turnir cədvəli: Azərbaycan – 9 xal (9-1), Çernoqoriya – 5 (6-5), İspaniya – 2 (4-8), Fransa – 5 (4-9).

Həmin kateqoriyadan