Qadın voleybolçularımız Avropa olimpiya ələməsinə uğursuz başladı

Bu gün qadın voleybolçular arasında Avropa olimpiya təsnifat turniri başlayıb. Allsport.az xəbər verir ki, Niderlandın Apeldorn şəhərində təşkil olunan yarışda Azərbaycan yığması “A” qrupunda qərarlaşıb.

Vasif Talıbovun rəhbərlik etdiyi komanda ilk oyununu meydan sahibələrinə qarşı keçirib və 0:3 hesabı ilə uduzub (23:35, 18:25, 22:25). Qrupun digər qarşılaşmasında Polşa Bolqarıstanı yenib – 3:1 (23:25, 25:20, 25:19, 25:22).

22:30. Azərbaycan – Niderland0:3 (23:35, 18:25, 22:25)
Apeldorn (Niderland), “Omnisport” salonu.
Azərbaycan millisinin heyəti: 14. Kristina Yaqubova, 18. Şəfaqət Alışanova, 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk, 3. Anastasiya Qurbanova, 4. Nelli Salbişvili, 8. Yelizaveta Səmədova, 10. Nikalina Başnakova, 17. Polina Rəhimova, 20. Marqarita Əzizova, 16. Yuliya Kərimova, 19. Bəyaz Alıyeva.

Həmin kateqoriyadan