Qadın voleybolçuların Avropa çempionatının püşkatmasında. Rəqiblərimiz də məlumdur

İtalyanın Napoli şəhərində qadın voleybolçuların Avropa çempionatının püşkatma mərasimi keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda Avropa voleybol konfederasiyasının idarə heyətinin üzvü Cəlil Cəfərovun və Azərbaycan voleybol federasiyasının baş katibi Fərid Xəlilov da iştirak ediblər.

Püşkatmada ardıcıl 10-cu dəfə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin də rəqibləri bəlli olub. Komandamız “C” qrupunda mübarizə aparacaq. Millimizin qrupdakı rəqibləri Almaniya, Türkiyə, Çex Respublikası, İsveç və Yunanıstan olacaq. Komandamız 1/8 finala vəsiqə qazanmaq üçün qrupda ilk 4 yerdən birini tutmalıdır.

Həlledici oyunlar 2023-cü il avqustun 15-dən sentyabrın 3-dək keçiriləcək.

Həmin kateqoriyadan