- Baxış sayı: 70
- 25 İyun 2026 17:55
- Baxış sayı: 92
- İyun 26, 2026
- 0

Qadın voleybolçuların ölkə çempionatının Super Liqasında çıxış edəcək klublar tam bəlli olub. Allsport.az saytı xəbər verir ki, 1 illik fasilədən sonra mübarizədə yenidən 6 komanda olacaq.
Bakının “Telekom”, “Azərreyl”, “Azəryol” və “Lokomotiv” kollektivlərinə “Tbilisi” (Gürcüstan, müsabiqədən kənar) ilə Azərbaycan gənclər millisi qoşulublar. Super Liqa noyabrın 6-da başlayacaq.
Voleybol federasiyası bu komandanı çempionata qoşmaqla yeni nəslin təcrübəsini artırmaq və ölkəmizin Gürcüstanla birgə ev sahibliyi edəcəyi Avro-2017 öncəsi yığmada rəqabəti gücləndirmək niyyətindədir.