- Baxış sayı: 61
- 12 Noyabr 2026 14:22
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Qazanda “BRICS idman oyunlarında” Azərbaycan güləşçiləri növbəti medalları qazanıblar.
Allsport.az saytı xəbər verir ki, qadınlarda Elnurə Məmmədova (53 kq) qızıl, Gültəkin Şirinova (55 kq) bürünc medal qazanıblar.
Bu günədək Azərbaycan idmançıları yarışda 11 medal qazanıblar. Onlardan 3-ü qızıl, 3-ü gümüş, 5-i bürünc əyarlıdır.