Qalib yunan-Roma güləşçilərimizə Dubayda 1 həftə istirahət verilib

Bu günlərdə Arazın o tayında keçirilmiş yunan-Roma güləşçiləri arasında Dünya Kubokunda baş mükafata sahib çıxan millimiz, qələbənin bəhrəsini artıqlaması ilə görür. Allsport.az saytı xəbər verir ki, öncə ölkə başçısı İlham Əliyev tərəfindən qəbul olunaraq tərif alan bahadırlarımız, sonra AGF-də toplantıda edib, zəfəri bayram ediblər.

Daha sonra komanda bütünlüklə Olimpiya Güləş Mərkəzində bir araya gəlib. Dünya Kubokunda qələbənin şərəfinə hazırlanmış tortdan dadan güləşçilərimiz, indi Dubayda istirahətdədirlər.

Birləşmiş Ərəb Əmirliyinin dünyaca məşhur şəhərinin ən dəbdəbəli mehmanxanalarından sayılan «Qrand Həyat»da məskunlaşan millmizi orada 1 həftə qalacaq, bərpa keçəcək. Qalib komandanı Dubayda AGF-in baş katibi Əgdər Cəfərov müşayiət edir.

Həmin kateqoriyadan