FOTO
Qanla torpağa yazılan 30 illik şanlı tarixin ölməz qəhrəmanları

Azərbaycanın ilk idman geyimi brendi “İl’Azero” Qarabağ uğrunda gedən şanlı savaşda ordumuza dəstək məqsədilə daha bir möhtəşəm layihə ilə ictimaiyyətin qarşısına çıxıb. Allsport.az saytı xəbər verir ki, bu barədə ətraflı məlumat verən ilk yerli idman geyimi brendinin təsisçisi İlqar İmamquliyev bunu deyib:

“Bundan öncə etdiyimiz, cənab prezidentimizin və işğal altında olan hər bir rayon və şəhərlərimizin adını, milli ornament və abidələrini əks etdirən proyektimiz cəmiyyət arasında olduqca böyük rəğbət qazandı. Əlbəttə, bizim bu layihələrimiz sırf simvolik xarakter daşımaqla yalnız və yalnız ölkəmiz adına təbliğat xarakteri daşıyır. Olduqca çoxsaylı istəklərə baxmayaraq ən azından müharibə dövründə nə reklam xarakterli satışımız, nə də qazanclı layihələrimizdən söhbət gedə bilməz, ona görə satışımız bir neçə müddətdir ki, tamam dayandırılıb.

Niyyətimiz öncə pandemiya, ardından isə müharibə şəraitinə görə idmandan uzaq qalan insanların hissləri ilə oynamaq deyil, bu şərəf savaşında ön və eyni zamanda arxa cəbhədə savaşan igid döyüşçülərimiz və siyasi fiqurlarımıza dəstək olmaq, Azərbaycanla bağlı bütün mənsubiyyətlərimizi dünyaya çatdırmaq və onlarla necə fəxr etdiyimizi göstərməkdir. Bir daha deyirəm, bu bizim edə biləcəyimiz ən cüzi dəstəkdir ki, düşünürəm, hər kəs bacardığı vasitələri ilə vətənimizin şanlı tarixini, ölməz igidlərini və rəmzlərini dünyaya tanıtmaqda əlindən gələni əsirgəməməlidir. Biz isə “İl’Azero” brendi olaraq belə bir devizlə yola çıxmışıq – Hər naxış, hər simvol üçün savaşacağıq!

Yaxın zamanlarda ictimaiyyətə təqdim edəcəyimiz, sırf milliliyimizi və möhtəşəmliyimizi təbliğ edən yeni 3 rəngli kolleksiyamız da satılmayacaq və tam təmənnasız olaraq Azərbaycanı beynəlxalq arenalarda, önəmli yarışlarda təmsil edən idmançılarımıza bir qardaş hədiyyəsi olaraq paylanacaq”.

На изображении может находиться: текст
Нет описания фото.
На изображении может находиться: люди стоят
На изображении может находиться: текст
На изображении может находиться: люди стоят
На изображении может находиться: текст
Нет описания фото.
На изображении может находиться: люди стоят и текст
Нет описания фото.
На изображении может находиться: текст и на улице
На изображении может находиться: текст
На изображении может находиться: текст
На изображении может находиться: текст
На изображении может находиться: текст
На изображении может находиться: текст
На изображении может находиться: небо, текст и на улице
На изображении может находиться: текст
Нет описания фото.
Нет описания фото.

Həmin kateqoriyadan