Qansız «intiqam» UWW-un saytının diqqət mərkəzində

Onun özgür qələbə təntənələri dünya KİV-lərini bəzəməyə başlayıb

Milli komandamızın yunan-Roma güləşçisi Rəsul Çunayev (71 kq) son zamanlar həlledici görüşdə qazandığı qələbəni elə anında özünəməxsus tərzdə qeyd etməklə publikanın və KİV-lərin diqqəti özünə cəlb edir. Allsport.az saytının məlumatına görə, əsas milli komandaya inişin keçən istedadlı bahadır, az sonra uğurularını sıralamağa başlayıb. Maşallah. Ən yaddan qalan qələbələrindən biri elə həmin il Tatarıstan paytaxtı Qazanda düzənlənən Tələbələrin Universiadasında final görüşü oldu.

İslambəy Albiyev kimi dünyaca tanınmış pəhləvanı məğlub etmək üçün vur-tut 38 saniyə bəs elədi. O vaxt da Rəsul qələbəni özünəməxsus şəkildə bayram etmişdi – güləş xalçası üzərində avar rəqsi oynamaqla. Bu məqam həmkarlarımızın diqqətindən qaçmamışdı və bu özgür qələbə təntənəsi bir muddət Rusiya KİV-lərini bəzəmişdi.

Ötən ilin sentyabrında Daşkənddə keçirilən dünya çempionatında Rəsul Çunayevdən (71 kq) qızıl medal gözlənilirdi. Amma o, yekunda «bürünc»lə kifayətlənməli oldu. Hərçənd çoxları, o sırada ayrı-ayrı məşhur ekspertlər 3-cü yer uğrunda görüşdə onun erməni Varşam Boranyana aman verməməsini «qızıl»a bərabər tutdular. İslambəydən fərqli, Rəsula bu qələbəni qazanmağa cəmi 23 saniyə bəs etdi.

Elektron tablodakı 11:0 göstəricisi isə az qala ağlasığmaz göründü. Qələbən sonra Çunayev əsgər yerişi ilə güləş döşəyinin kənarına yaxınlaşaraq, tamaşaçılara hərbçi salamı verdi. Yadınızdadırsa, o ərəfədə Varşamın xəyənətkar soydaşları qəfil həmlə edərək, 8 əsgərimizi qətlə yetirmişdilər. Düzdür, düşmənə anındaca layiqli cavab verilmişdi. Bununla belə, hərbi xidmətdə olan güləşçisizin beynəlxalq arenada bu jesti bayram ovqatı ilə yanaşı, ermənilərin məkrli fəsadını dünyaya bir daha açıb göstərmək baxımından yerinə düşdü. Yəni ki, baxın, o – onların «dəsti-xətti»; bu da – mənim cavab, intiqam «üslubum».

Kamran HACI

Həmin kateqoriyadan