“Qarabağ Azərbaycandır” özəl milli idman geyimləri qəhrəman qalib hərbçilərimizə hədiyyə olunub

Milli idman brendi “İl’Azero”nun yerli atributları, naxış və rəmzləri təbliğ etməklə yanaşı, ölkəmizi layiqincə təmsil edən idmançıları, ictimai xadimləri, özəlliklə, 2-ci Qarabağ savaşı iştirakçılarına həsr etdiyi yeni sosial layihəsi uğurla davam etməkdədir.

Allsport.az saytının məlumatına görə, “Bir Azərbaycanlı”nın tanınmış siması, klassik bodibildinq üzrə ölkə çempionu Şahin Cahangirov bu günlərdə hərbi hissələrin birində olub. O, yeni “Qarabağ Azərbaycandır” kolleksiyasından olan geyimləri igid əsgər-zabitlərimizə hədiyyə edib.

Şirkətin rəhbəri, tanınmış voleybol meneceri İlqar İmamquliyev öncədən bəyan etdiyi kimi, Qarabağın işğaldan azan olunan hər bir şəhərin adı yazılan köynəklər istehsal etdirib və onu tam təmənnasız olaraq ölkəmizi beynəlxalq arenalarda, önəmli yarışlarda təmsil edən idmançılarımıza, sənət adamlarına və qəhrəman hərbçilərimizə çatdırır.

Həmin kateqoriyadan